Təlim və Seminarlar

Təlim: Marketinqin Əsasları – Yeni trendlərin inteqrasiyası

Dil: Azərbaycan və İngilis

Müddəti: 16 saat

İştirakçı sayı: Fərdi və ya 6-10 nəfər

Qısa məlumat: Ənənəvi marketinq nəzəriyyəsi, bazarın öyrənilməsi, istehlakçı davranışlarının müəyyən edilməsi və bu məlumatlara əsasən məhsul və xidməti hazırlayıb və qiymət siyasətini müəyyənləşdirib müxtəlif satış kanalları vasitəsilə satışı reallaşdırmaq, fərqli kommunikasiya vasitələrindən istifadə etmək xətti ilə qurulmuş proqram sadəcə klassik nəzəri məlumatları əhatə etmir. Təlim daha çox marketinq və satışa müasir qlobal trendlərin necə təsir etdiyini təqdim edir. Öz biznesini qurmaq istəyən, yaxud artıq mövcüd brendini inkişaf etdirmək istəyən, eyni zamanda müxtəlif şirkətlərdə marketinq şöbəsində çalışan, gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslər üçün bu təlim çox məsləhət görülür.

Təlim: Layihələrin İdarə Edilməsi 

Dil: Azərbaycan və İngilis

Müddəti: 16 saat

İştirakçı sayı: Fərdi və ya 6-10 nəfər

Qısa məlumat: Təlimin proqramı Project Management Institute (PMI) tərəfindən hazırlanan PMBOK Guide 5-ci buraxılışı əsasında hazırlanıb. Əsas əhatə etdiyi mövzular layihələr portfelinin idarə edilməsi, layihələrdə vaxtın, büdcənin, risklərin, insan resurslarının, kommunikasiyanın, təchizatın, keyfiyyətin, eləcə də maraqlı tərəflərin idarəedilməsi mövzularıdır. Təlim həmçinin Project Management Professional (PMP) imtahanına hazırlaşan şəxslər üçün də uyğundur. Kiçik və orta həcmli layihələr üzrə çalışan şəxslər üçün Azərbaycan şəraitinə uyğun faydalı keyslər də proqramda təqdim edilir.

Təlim: İctimaiyyətlə Əlaqələr

Dil: Azərbaycan və İngilis

Müddəti: 16 saat

İştirakçı sayı: Fərdi və ya 6-10 nəfər

Qısa məlumat: PR sadəcə hansısa lüks tədbirdə iştirak etmək və ya ara-sıra press-reliz yaymaqla məhdulaşdıran fəaliyyət deyil. PR birbaşa şirkətin, təşkilatın, brendin strategiyası ilə bağlıdır. Vizyonun düzgün müəyyən edilməsi, PR strategiyasının hazırlanması, davamlı PR kampaniyalarının təşkili, media ilə əlaqələrin düzgün qurulması, müasir dövrün əsas tələblərindən biri kimi insanlara təsir edən şəxslərlə səmərəli əlaqə, eləcə də müxtəlif şəbəkələşmə tədbirlərində, sərgilərdə iştirak, press-konfranslar, təqdimat mərasimi kimi mövzular bu təlimin əsas əhatə etdiyi sahələrdir. PR sahəsində karyera qurmaq istəyən, yaxud da artıq bu sahədə karyerasını başlamış şəxslərə bu təlim çox tövsiyyə edilir. Təlimdə həm də sponsorluq təkliflərinin hazırlanması, press-reliz və məqalələrin, məktubların hazırlanması, böhran vəziyyətlərində PR idarəetməsi kimi bir çox praktik məsələlər əhatə edilir.

 

Təlim: Heç kimin sata bilmədiyini satmaq?

Dil: Azərbaycan və İngilis

Müddəti: 8 saat

İştirakçı sayı: Fərdi və ya 6-10 nəfər

Qısa məlumat: İddialı adı olan bu təlim yeni satış komandaları üçün nəzərdə tutulub. Təlim satışa fundamental biznes prinsipləri prizmasından baxmağa kömək edir. Marketinq və Satışın əsas məqsədləri, motivasiya, performansın idarə olunması, həmçinin Azərbaycan reallıqlarında müxtəlif satış texnikaları, satıcı və alıcı tipləri, satış prosesi, satış təqdimatları və satıcının fərdi brendinqi məsələlərini əhatə edir. Təlim həmçinin satış komandasına kouçinq dəstəyi göstərmək məsləhətlərini də əhatə edir.

Seminar: Təqdimat bacarıqları

Dil: Azərbaycan

Müddəti: 4 saat

İştirakçı sayı: 15-50 nəfər

Qısa məlumat: Təqdimat bacarıqları sadəcə satıcılara, idarə edicilərə deyil, hər bi şəxs üçün vacibdir. Bir çox insanların kütlə qarşısında çıxış etmək qorxusu var. Hətta elə insanlar var ki, 2-3 nəfərin qarşısında belə danışmaq, bildiklərini təqdim etməkdə əminsizliyi var. Bu insanın bilikli olub-olmamasından qətiyyən asılı olan məsələ deyil. Bu seminar insanın öz daxili qorxularına qalib gəlib ictimaiyyət qarşısında əminliklə çıxış etmək ana xətti ilə təqdim edilir. Seminar həmçinin düzgün təqdimatlar hazırlamaq, təqdimata hazırlıq, təqdimat zamanı vacib mesajların çatdırılması, auditoriyanın gözləntilərinin idarəedilməsi, sual və cavab sessiyaları kimi əhəmiyyətli mövzuları əhatə edir.

Seminar: Fərdi brendinq – Tutaq ki, məşhur oldun, sonra?

Dil: Azərbaycan

Müddəti: 4 saat

İştirakçı sayı: 15-50 nəfər

Qısa məlumat: Bir çox insan məşhur olmağa can atır. Xüsusən də sosial media populyarlaşdıqca insanlar özlərini potensial brend kimi görürlər. Fərdi brendinq indi yeni iş tapmağa, insanlar arasında status sahibi olmağa, eləcə də digərlərinə təsir etməyə imkan verən vacib alətdir. Fərdi brendinq heç də hamının səni tanıması deyil, bu daha çox sənə lazım olan hədəf qrupunda sənin müsbət tanınmağınla bağlıdır. Fərdi brendinqi idarə etmək üçün hansı alətlər lazımdır, insanın məqsədləri, dəyərləri, missiyası öz brendini qurmağa nə kimi kömək edir mövzuları bu seminarın əsas əhatə dairəsidir.

Seminar: Kopiraytinq – İnsanları fəaliyyətə həvəsləndirən mətnləri necə yazmalı?

Dil: Azərbaycan

Müddəti: 4 saat

İştirakçı sayı: 15-50 nəfər

Qısa məlumat: Sosial media indi daha çox insanı yazar edib. İndi insanlar çox az danışır, sadə məsələlərdə belə ünsiyyət yazı ilə qurulur. Bu o deməkdir ki, çoxlu mətnlər içində sizin mətninizin fərqlənməsi artıq güclü rəqabət şəraitində baş verir. Əgər siz marketinq və PR sahəsində çalışırsınızsa bu rəqabət sadəcə LAYK yığmaq məsələsi deyil, sırf biznesinizin uğuru ilə bağlıdır. Biznesdə mətnlər insanları fəaliyyətə həvəsləndirməsə, o zaman mətn sadəcə dekorativ xarakterli olacaq. Fəaliyyət sadəcə satışdan ibarət deyil, bu eyni zamanda brendə rəğbətin formalaşması, onu digərlərinə tövsiyyə etmək kimi vacib məqamları da əhatə edir. Bu seminar sizə uzun və qısa mətnləri yazmaq, sosial media, internet səhifələri, məktub və müxtəlif marketinq materialları üçün uğurlu, cəlbedici mətnləri necə yazmağı öyrədəcək.

 

Seminar: Uzunmüddətli karyeramı necə planlaşdırım?

Dil: Azərbaycan

Müddəti: 4 saat

İştirakçı sayı: 15-50 nəfər

Qısa məlumat: 10-15 il bundan öncəki vəziyyətdən fərqli olaraq indi Azərbaycanda keyfiyyətli təhsil verən, şagirdlərin dünya görüşünü genişləndirən xeyli orta məktəb var. Həmçinin, artıq xaricdə oxumağa gedən, gedib qayıtmış çoxlu gənc var ki, hər il əmək bazarına daxil olurlar. Sizin 15 illik təcrübəniz olsa da, karyeranızın uzunmüddətli perspektivi sual altına düşür. Xüsusən də əmək bazarı az maaş tələb edənlərlə gəncləşdikdə. Bu seminar həm yeni karyera quranlara, həm də karyerasında narahatçılıq keçirən şəxslər üçün nəzərdə tutulub. Təhsil və davamlı öyrənmək, davranış və şəxsiyyət tiplərinə uyğun düzgün sahəni seçmək, özünü inkişaf, fərdi brendinq bu seminarın əsas mövzulardır. Seminarda həmçinin düzgün CV-in hazırlanması, müsahibələrə hazırlıq mövzuları da əhatə edilir.

 

Seminar: Şəxsi maliyyəni necə düzgün idarə etməli?

Dil: Azərbaycan

Müddəti: 4 saat

İştirakçı sayı: 15-50 nəfər

Qısa məlumat: Təcrübə göstərir ki, 10 manatı düzgün idarə etməyi bacaran, 100 manatını da düzgün və səmərəli idarə edə bilir. Əksinə 10 manatı necə xərclədiyini bilməyən, 100 manatı olanda da xərclərini düzgün idarə edə bilmir. Şəxsi maliyyə sadəcə xərclərin idarə edilməsi deyil. Bu əsas olaraq davamlı gəlir mənbələrini müəyyən etmək və daima pul axının artırmaqla bağlıdır. Pul axını nədir, xərcləri necə optimallaşdırmaq olar, hansısa alış-veriş qərarında onun səmərəliliyini necə müəyyən etmək olar, kredit kartlarından düzgün istifadə kimi məsələlər bu seminarın əsas əhatə etdiyi mövzulardır.

Alət çubuğuna keç