Bloqa belə başladıq

Hər vaxtınız xeyir!

Beləliklə, sizləri mənim üçün bir yazan adam kimi yeni, amma çoxlarınız kimi oxucu kimi heç də yeni olmayan platformadan salamlamaq xoşdur!

Bu platformada izləyici və oxucu kimi uzun müddət olsam da burada yeni mövqedə olmağa nədənsə tələsməmişəm. Daha dəqiq maraq və ixtisas, peşə və təcrübə istiqamətlərim üzrə paylaşım etmək və peşəkarlarla, gənclərlə, tələbələrlə, ən əsası maraqlı insanlarla əks-əlaqə yaratmaq baxımından ilk addımı atmağı yubatmışam. İçimdə olan bir qüvvə, hətta bir neçə qüvvələr, bəlkə tezdir, bəlkə lazım deyil, təkrarçılıq edərsən, artıq bir çox şeydən yazılıb, xalq ingiliscə oxuyur, məni yubatdırsa da avqust ayındakı məzuniyyət günlərinin elə birincisində Bakıdakı parkların birində qərara gəldim ki, beynimdə və düşüncələrimdə olanlar ancaq paylanılınaraq təkmilləşə bilinər. Qısası bloq, biraz da dəqiq, biznes bloq yaratmaq və öz bloqumda özümü yazan adam kimi işə götürmək qərarına gəldim.

İnanıram ki, danışmağa və paylaşmağa hələ çox vaxtımız olacaq. Qısaca bildirim ki, bu bloqda əsas məqsədlər kimi görürük:

1) Azərbaycan Biznes Dilinə öz töhfələrimizi vermək;

2) Menecment, Marketinq və PR sahəsində bildiklərimizi paylaşmaq və öyrənməyə davam;

3) Uğur hekayələrindən ilhamlanmaq və ilhamlandırmaq;

4) Azərbaycanda sosial reklamların inkişafına dəstək vermək;

5) Fərdi inkişafa davam və onun təbliği.

Bundan əlavə təhsil, karyera və turizm sahəsindən də azdan-çoxdan bilik və təcrübəni paylaşmaq və yaxşı vətəndaş olmaq kimi daha bir məqsədimiz də var. 🙂

Dəyərlərimiz isə çox sadə: ümid, istək, fəaliyyət və gələcək!

Hörmətlə,

İlham Ali Yusif

13 sentyabr 2014

Alət çubuğuna keç