Məni tanı

cropped-13308240_10153651925388575_5702543790994845365_o.jpg

İlham Ali Yusif (İlham Yusifov) Marketinq və PR, Layihələrin İdarəedilməsi və Tədbirlərin təşkili üzrə gənc mütəxəssis kimi yetişməsinə son 10 il ərzində dövlət, qeyri-hökumət və biznes sektorları üzrə müxtəlif təşkilatlarda çalışaraq işgüzarlığı və uğurlu karyera qurmaq motivasiyası ilə nail ola bilib. Turizm ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr pillələrində təhsil alarkən müxtəlif gənclər təşkilatlarında çalışmış, eyni zamanda turizm və qonaqpərvərlik sənayesi üzrə özəl şirkətlərdə öz karyerasına başlamışdır.

Geridə qalan 10 il ərzində isə professional karyerasını təhsil menecmenti və marketinqində davam etdirən İlham Ali Yusif 4 il GRBS təşkilatında təlim koordinatoru, təhsil meneceri və marketinq direktoru vəzifələrində çalışıb və təlim xidmətləri üzrə yüzdən artıq şirkətin nümayəndələri ilə keçirilən görüşlər ona biznes və dövlət qurumlarının biznesin inkişafı ehtiyaclarının öyrənilməsinə imkan yaradıb. 2013-cü ildən başlayaraq 2016-cı ilə qədər İlham Ali Yusif British Council Azərbaycanda SIEM (Services for International Education Marketing) layihəsi üzrə öz karyerasını davam etdirmiş və Birləşmiş Krallığın təhsil institutları, universitet, kollec, məktəb və dil kurslarına müxtəlif marketinq və konsultasiya xidmətlərini göstərilməsi üzrə çalışmışdır. Bu vəzifədə əsas layihələr portfelində Azərbaycanda 7 böyük Education UK sərgilərinin keçirilməsi xüsusi qeyd olunmalıdır. 2015-ci ilin iyun ayında Baku 2015, 1-ci Avropa Oyunlarında Tədbir Xidmətləri istiqaməti üzrə supervayzer vəzifəsində çalışmağı onun üçün tədbirlərin təşkili üzrə yeni bilik və bacarıqların öyrənilməsinə əla fürsət olmuşdur. 2016-cı ildən bəri İlham Ali Yusif BP təşkilatı və British Council Azərbaycan tərəfindən həyata keçirilən kənd təsərrüfatı üzrə peşə təhsili modullarının hazırlanması layihəsinin meneceri kimi çalışır. 2018-ci il mart ayında Project Management Institute tərəfindən təqdim edilən Project Management Professional (PMP) sertifikatını əldə etmişdir.

Bununla yanaşı müxtəlif layihələrdə Marketinq, Satış və PR, həmçinin fərdi inkişaf üzrə təlimçi və konsultant olan İlham Ali Yusif 2 il ərzində Azərbaycan Turizm İnstitutunda Marketinq və Menecment istiqamətləri üzrə də leksiyalar aparıb. Azərbaycanda, Birləşmiş Krallıqda, Rusiyada, Tailanda, Polşada, Serbiyada, Gürcüstanda, Misirdə və Türkiyədə çoxsaylı biznes və sosial təlimlərdə və tədbirlərdə iştirak edib. Oxuduğunuz bu bloqda İlham Ali Yusif 3 ildən artıqdır ki müxtəlif istiqamətlər üzrə mütəmadi öz fikirlərini yazı və videolar ilə paylaşır. Çalışdığı vəzifələr və layihələr üzrə uğurlu olmasını müştəri yönümlülüyü və ictimaiyyətlə düzgün ünsiyyətin sirlərini davamlı öyrənməkdə görür.

QEYD: Bu bloqdakı fikirlər şəxsi fikirlərdir və yuxarıda adları qeyd edilən təşkilatların fikir və münasibətlərini əks etdirmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç