İnnovasiya və fərqli düşünmək haqqında 2 kəlmə

Bu iki məsələ ilə qısa fikirlərimi bu günlərdə Facebook və LinkedIn-də paylaşmışdım. Düşündüm ki, burada da paylaşım

1. Hərdən özümüzü aldarırıq ki, yeni biznes, uğurlu layihələr üçün sadəcə gələcəklə bağlı məlumatları tapmalı, ancaq və ancaq innovasiya iyi verən kitab və yazıları oxumalıyıq. Bu cür yenilikləri tapıb danışmalı, paylaşmalıyıq. Ömürdən, gündən gedir, vaxt itirmək olmaz və s. Əlbətdə bunlar çox vacibdir, ancaq bunlar qədər də vacib tarixi məlumatlardır. Bəzən hətta çox uzaq keçmiş yox, son 10-15 il, bəzən bir neçə ay belə. İndi məşhur olan brendlər haqqında 15-20 il qabaq tərəddüdlü proqnozlar, artıq dəbdən düşmüş nələrinsə uzunömürlülüyü haqqında vaxtilə deyilmiş ürəkdolusu xoş sözlər, müəmmalı məsələlər, özünü 100 % doğrultmuş dəqiq proqnozlar və s. Vaxtilə Amazonu uğursuz sayan tiplər, bu gün də hansısa yeniliyə ağız-burun əyə bilərlər. Tarix gələcəklə bağlı məsələlərdə daha dəqiq qərar verməyə çox kömək edir. Hətta ən innovativ məsələdə belə.

2. Bu günlərdə Şamaxıda Azpetrola girəndə şəkililər demiş ağzımızın içində başqa bir yanacaqdoldurma məntəqəsini gördük. Çoxbilmiş-çoxbilmiş ‘bunlar nə yeyir, nə içir, belə yerdə də rəqabət aparmaq olar deyə’ bir ağızdan ağzımızı açacaqdıq ki, bir sağa, bir sola baxıb Azpetroldakı yeganə maşın olduğumuzu gördük. Əvəzində bizdən plastik kartla ödəniş alana, benzini vurana qədər bu qarşıdakı məntəqəyə 10-a yaxın sovet, rus istehsalı maşınlar daxil olurdular. Bilmirəm, bəlkə də qaz vurdururdular. Amma ümumi çıxan nəticələr onlar oldu ki:
– Bəzi rayonlarda filankəsin obyekti, yeri ümumrespublika və qlobal brendlərdən daha yaxşı işləyir;
– Çox zaman təhlil etmədən qərar veririk. Hətta ola bilər ki, canlandırdığım səhnə təsadüf idi. Bəlkə başqa vaxtlar Azpetrol daha yaxşı işləyir;
– Rəqabətdən gərək qorxmuyasan. Azpetrol radikal işləyir. Ömründə ilə 2000 manat benzin vuran müştərisinə çıxardıb 5 manatlıq pulsuz benzin vurmaz. Amma rəqibləri rayon yeri üçün əlavə dəyər verən hər 20 manata 50 qəpiklik danışıq kartı belə verməklə insanları cəlb edə bilər və rəqabət apara bilər.
Bir də bilmirəm, necə olubsa beynimdə həmişə Azpetrolda daha təmiz və yaxşı benzin olur fikri var. Bunu Azpetrolun yeganə uğuru hesab etmək olar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç