Yol Polisi marketoloqları işə götürsə

Bu fikirlərimi dünən Facebook-da status yazmışdım. Düşündüm ki, bloqun da yaddaşına həkk edək. Başlıq da simvolikdir. Çünki mən düşüncələrimi bir marketoloq olaraq paylaşıram.

Hərçənd ki, mənim başıma az gəlir, amma Yol Polisi əməkdaşları kimisə saxlayanda eyni mübahisəli qayda pozuntusunu mübahisə-protokol dialoqunda dalbadal neçəsi edir. Etiraz edirsən ki, bax bu da etdi, o da etdi və cavab o olur ki, hərə özünə cavabdehdir. Bir neçə həftə öncə Yol Polisi əməkdaşı aeroport yolunda mülki maşında qəza törətmişdi. Məlum oldu ki, bir neçə gün öncə olan qalmaqallı qəzada da ötüşənlərdən biri polis əməkdaşıdır, atası da keçmiş vəzifəli Yol Polisi. Bizdə yollarda çox böyük aqressiya var. İçi mən qarışıq çoxumuz etikanı tələb olunandan az qoruyuruq. Dünən gecə biri üstümə çıxır, düzgün manevr etmir hələ nifrətlə mənə baxıb niyə siqnal verdiyimə etiraz edir. Hər tində bir polis olsa belə yanaşma bir çox problemi həll etmir. Bizdə indi hətta maşınların ətraf mühitə ziyan vuran qazlarını ölçüb cərimə yazırlar. O da vacibdir, amma məncə daha vacibləri:

Elmi yanaşmanı gətirin işinizə – DYP daha çox statistik hesabatlar əsasında təhlükəli yerlərdə post qurub cərimə yazmalıdır. Bizdə hələ də 10-larla yerdə qeyri-effektiv yol hərəkəti tənzimləməsi var, o vaxtı 200 baldan QAYİ ixtisasına girənlərin nəticəsi;
Zero-tolerance – Cəmiyyət üçün ən təhlükəli adamlar qayda pozub kiməsə zəng etdirənlərdir. Bu hər sahədə var, amma neyniyək ki, bu insanlar cəmiyyətdə daha hörmətlidirlər;
Səmimiyyət – Mən mayda rayona gedəndə Mərəzə postunda məni saxlayıb yolda ehtiyatı olmağa tövsiyyə edən polisin səmiyyətinə inandım. Müsbət emosiyalar, enerji və diqqətlilik artır. Bəzən qayda pozan sürücüyə polisin 4-5 dəqiqəlik tərbiyəvi təlimatı dövlət büdcəsinə gələn 40 manatda daha vacib və faydalıdır. Postda mən qayda pozmamışdım. Reyd idi sadəcə.
Qadın Yol Polisləri – İndi xeyli qadın sürücü var. Qadın qadın psixologiyasını daha yaxşı bilir. Həm də kişiyə də cəriməni qadın yazanda priyatnı olacaq. Kişi polislə höcətləşib heç cürə qayda pozuntusunu etiraf etməyənlər qadından bu tənbehi alıb bəlkə ağıllanarlar.
Polisin marketinq və PR-ı – Hansısa polis yola düz səpəndə və ya İlk Tibbi yardım göstərəndə sosial-mediada buna bir xeyli mız qoyan olur. Halbuki bunu çox gözəl şəkildə təşkil etməklə Sürücü – Yol Polisi arasındakı uçurumu aradan qaldırmaq olar.
Sürücülükdən məhrumiyyət – Bizdə cərimələrin məbləği artmasın, ballar artsın. Qırmızı işığı lap 5 bal etsinlər. Sürücülükdən məhrum olmaq daha çox təsir edər nəinki 250 manat cərimə.
Kameralar artsın. Yenə də artsın – Sürücülərimiz sadə manevr qaydalarını ya bilmir, ya da bilərəkdən qorumurlar. Polis olmayan yerdə çox aqressiv və saymazyanadırlar. Qoy belə tez-tez ballar yığılsın, bəzilərinin ağlı gəlsin başına.
Nümunəvi olmaq – Yol Polisi sürücüləri xidməti maşında dəfələrlə mobil telefonla danışda gözlərimə tuş gəliblər. Evakuatorlar isə çox kobud sürürlər. Səmimi olub nümunə olmadan milyon eqonu düz yola gətirə bilməyəcək.

Bu siyahını artırmaq olar. Amma yenə də lazım olanlar bu barədə düşünsə özləri də kreativ çıxış yolları taparlar. Büdcə onsuzda dolacaq. Çünki sürücülərlə bu cür sistemlə işlənilsə elə adamlar olacaq ki, qaydaları bilmir deyə gündə azı 1 dəfə kameraya düşəcək. Mən nədən bunu yazıram? Hər gün bizdə azı 3-4 ağır yol qəzası olur, azı 5 nəfər ölür. Yəni kiminsə nəvəsini lap tutub basdılar bu problemi həll etmir və qısamüddətli effekt verəcək.

2 thoughts on “Yol Polisi marketoloqları işə götürsə

  • Avqust 8, 2017 at 7:11 səhər
    Permalink

    Maraqlı fikirlərdi bəy. Deyirəm bəlkə Defensive Driving mövzusunda bir təlim silsiləsi proqramı hazırlayaq və DYP-ilə biznes görüş təşkil edək.
    Siz bir marketoloq kimi buna nə deyirsiz?)

    Reply
    • Profile photo of ilhamaliyusif2014
      Avqust 21, 2017 at 9:52 səhər
      Permalink

      Şərhinizi bir xeyli gec gördüm 🙂 Əslində özünə hörmət edən şirkətlər bunu öz əməkdaşları üçün edirlər. DYP inanmıram ki, kütləvi bu məsələyə hə desin. Onlar elə yaxşı olar ki, sürücülük vəsiqəsi almaq istəyənlər üçün yaxşı kurslar hazırlasınlar. Bu da onların maraqlarında deyil 🙂

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alət çubuğuna keç