Kənd təsərrüfatı üzrə 19 kitabın onlayn versiyası

2016-2018-ci illərdə layihə meneceri olduğum AVEDNO layihəsi çərçivəsində hazırlanmış 19 modulun elektron versiyaları aşağıda təqdim edilir. Layihə haqqında ətraflı buradan oxuya bilərsiniz.

Bağçılıq ixtisaslaşması
“Bağçılıqda istehsalın təşkili” modulu üzrə dərs vəsaitihttp://trims.edu./site/resource.php?id=834
“Bitkilər və onlardan istifadə” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=835
“Bitkilərin əkini və qulluq tədbirləri” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=836
Bitkiçilik mütəxəssisi ixtisası
“Cərgəarası bitkilərin əkini” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=837
“Yağlı bitkilərin əkini” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=841
“Taxılçılıq” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=840
“Pambıqçılıq” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=838
“Qarğıdalı əkini” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=839
Aqroservis mütəxəssisi ixtisası
“Kənd təsərrüfatı maşınları ilə işlərin yerinə yetirilməsi” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=830
“Kənd təsərrüfatı maşınlarına texniki xidmət” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=831
“Kənd təsərrüfatı maşınlarından istifadə” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=832
“Kənd təsərrüfatı maşınlarının təmiri” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=833
Meyvə Ustası ixtisası
“Çəyirdəkli meyvə bitkiləri” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=842
“Giləmeyvə bitkiləri” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=843
“Qərzəkli meyvə bitkiləri” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=844
“Tumlu meyvə bitkiləri” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=845
Tərəvəz Ustası ixtisası
“İstixana şəraitində meyvəli tərəvəz bitkilərinin becərilməsi” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=848
“Yarpaqlı və kökümeyvəli tərəvəzlər (tarla şəraitində)” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=849
“Ədviyyat, bitki çayları və dərman bitkiləri” modulu üzrə dərs vəsaitihttp://trims.edu.az/site/resource.php?id=846

Resurslara çıxış ilə bağlı 7 acı həqiqət

Hərdən bir çoxumuz çox böyük həvəslə 90-cı illərdən danışanda bu günlərlə bir çox fərqləri xüsusi vurğulayırıq. Məsələn, həftədə 1 dəfə kino olardı, onu gözləyərdik və o da başlayanda qəfil işıqlar keçərdi. Al, bu da sənə bu həftənin kinosu. Axı, hamıda evdə videomaqintafon yox idi. Bu bir həqiqətdir ki, o zaman çox bəsit resurslara çıxış məhdud idi. Bəs 20 il sonra bu bolluqda bizim doğurdanmı bir çox resurslara daha rahat çıxışımız var? Təbii ki yox. Heç 20 il sonra da bu olmayacaq. Buyurun, misalçünlər:

1) Networking-dən kənar düşmə. Bu tək Azərbaycana aid deyil. Amma əgər sən hansısa şəbəkələşmələrdən kənardasansa, məlumata, bonuslara çıxışın azdır. Azərbaycanda yaxşı iş yeri az olduğundan təbii ki, sənin üzv olduğun şəbəkələşmə səni qabağa çəkir. Yaşın, maddi imkanın, davranışların, xasiyyətin, mövqeyin və zamanlaman düzgün olmasa, qalırsan gəmidən kənarda.
2) Pul, təbii ki, buna çıxış çox məhduddur. Bəlkə mən bilmirəm, amma 5 dənə özəl təhsil və elm fondu saya bilərsiz? Mən hələ mələksifət investorları demirəm. Gənc insan üçün bu məhdudiyyətlər çox üzücüdür.
3) Sağlamlıq təminatı resursları. Bir çox insan düşünür ki, həkimə getsə 3 aylıq maaşı müalicəyə gedəcək. Elədir ki, var. Xəstəlik faizi artsa da, bir çox özəl şirkətlər belə hətta tibbi sığortaya maraq göstərmir.
4) Dil bacarıqları zəif olduğundan hər saniyə yenilən elmlərə çıxış məhduddur. Müəllimlər çox rahat ev tapşırığını Discovery, Discovery Science, History kanallarından verə bilərlər.
5) Özü aya 10 000 qazanıb işçisinə 350 manat verməklə həftəyə onun 60 saatını alan sahibkarlar. Güya bu pulu onlar özləri qazanır, işçilər də fərsizdir.
6) Sosial mediada keyfiyyətli məzmuna trafik proporsiyası azdır. Əyləncə və idman ilə müqayisədə faydalı məzmun istifadəçilərə daha az göstərilir. Çünki 2-3 dəfə əyləncəyə olan marağın alqoritmləri sənə ‘qarşı’ edir. Əslində bu qədər bol keyfiyyətli resurslardan uzaq düşməklə həyatdan, ömürdən günlər gedir.
7) Hələ də 20-ci əsrdə qalan şirkətlər. İşçiyə boş-boş nəzəriyyələr deyib mənasız işi göndərən eqoist menecerlər.

Bu hələ sadə sıralamadır. Yəni evdə istədiyim vaxt kinoya baxıram demək, hələ dünya ilə ayaqlaşmaq demək deyil.

Bəzən demək çox asandır ki, əziyyət çək, pul qazan, get xaricdə oxu, işlə. Həyatın bəzi məqamları var ki, orada müəyyən resurslara ehtiyac olur, o təmin edilmədikdə nə isə ala-yarımçıq qalır. Bundan sonra da çox az adam özünə gəlib davam edir.

Amma istənilən halda mən gənclərə bir daha xatırladıram. Öz həyatınıza sahib olun, unutmayın ən vacib resurs vaxtdır. Vaxtınızı oğurlayanlardan uzaq qaçın! Elə ortayaşlılara da aiddir 🙂

Uğursuzluqlar və uçan maşın

Bir neçə gün öncə Yasamaldan Bakı şəhərinə əsas çıxışlardan biri olan Bizim market və Günəş petrol qaya yolunda (əslində yolu çox yaxşı təmir ediblər, sadəcə yol o qədər dardır ki, günün əksər saatlarında aşağıdan dikinə yuxarı onlarla maşın tıxacda düzülür) bir maşın qəfil xarab oldu. Tıxaclardan bu üstdənaşağı yolda yuxarı gedən maşınlarda bu hal ara-sıra baş verir. Nisbətən köhnə avtomobillərin işləmə mexanizmdən tanış olanlar yəqin bunun səbəbini daha yaxşı bilirlər. Mənim isə diqqətimi həmin an digər bir məqam cəlb etdi. Arxada oturan 9-10 yaşlı uşaq. Atası nə qədər cəhd etsə də maşını hərəkətə gətirə bilmirdi. Uşaq həyacanla onu izləyirdi. İlk baxışdan uşağın halına acıdım. Çünki yavaş-yavaş maşınlar yanında keçib gedirdi. Sonra yadıma ətrafımda müxtəlif çətinliklərdən çıxıb sonunda hər hansı bir sahədə uğurlu olan insanlar düşdü. Əlbəttə uğurlu insanların bəzən çoxlu belə maraqlı və düşünülmüş çətinlik hekayələri olur. Bir neçə gün öncə tədbirlərin birində Dünya Bankının prezidenti Cim Yonq Kim Alibaba şirkətinin qurucusu Jack Madan KFC və iş tapmaqla bağlı digər uğursuzluq hekayələrinin doğru olub-olmamasını da zarafatca soruşmuşdu.

Bu yazımın mahiyyəti isə o deyil. Biz nə qədər istəsək də liderlik üçün yerlər, uğurluluq mövqelər azdır. Təbii ki, heç də hamımız bu yerlər uğrunda mübarizə aparmırıq. Ancaq hər gün bu yerlər uğrunda mübarizə aparanlar daha da artır. Bərkə-boşa düşmələr olduqca nərdivanın yuxarısına doğru gedənlər azalır. Sona qədər gedənlərin alt yaddaşında əminəm ki, o uşağın düşdüyü kimi çoxlu uğursuzluqlar, xoş olmayan anlar var. Kimisə deyir, atamı-anamı kasıblıqdan qurtaracam, kimsə deyir bahalı maşınım olacaq, kimsə görür ki, atası-anası hansı çətinliklərə tab gəlir və pozitiv mübarizə aparır bundan ilham alır, kimsə düşünür ki, uçan avtomobil kəşf edəcəm, kimisə deyir ki, daha yaxşı yollar salacam. İndi Azərbaycanda 25-35 yaşında olanların çoxu bu çətinliklərdən çıxıbdır. Ona görə də təsadüfən yuxarıda ətrafımdakı insanları demədim. Çünki çox çətin şəraitlərdən, özü də sadəcə maddi deyil, mənəvi sıxıntılardan, fiziki xəstəliklərdən əziyyət çəkib sonra böyük uğur qazananlardan şəxsən tanıdıqlarım çoxdur

O uşaq isə həmin vaxt sadəcə düşünürdü ki, kaş maşın tez düzələrdi. Əlbəttə, atası da istəmirdi yəqin ki, övladı sıxılsın. Atası ən yaxşı halda özünə yeni maşın ala biləcəksə, bəlkə də bu hadisə onun övladının uçan maşın mühəndisi olmasına gətirib çıxaracaq.

Xanımlar, güclü xanımlar haqqında

 

Bir neçə gün öncə axşamcağı Puşkin küçəsində bir xanımın sahibi və ya adi işçisi olduğu mağazanın qapısını bağlayıb getdiyini görəndə bu postu yazmaq qərarına gəldim.

Müəyyən sosial gərginlik fonunda uğurlu xanımlar görəndə çox sevinirəm. Uğur sadəcə təbii ki, avtomobil sürmək və ya hardasa menecer vəzifəsini tutmaqla məhdudlaşmır. Özünəinamı yüksək olmaq, çalışqan, öz zəhməti ilə hər hansı bir sahədə uğurlu olmaq, yeniliklərə açıq olmaq, müəyyən yaşdan sonra hətta öz təhsilinə vaxt ayırmaq da bir uğurdur. Xüsusən də ipinə odun düzməli olmayan şəxslə ailəsi dağılsa da, sonradan vicdanla öz övladlarını mərdcəsinə böyüdən xanımlara rəğbətim böyükdür. Nəzərə alsaq ki, indi belə bəylərin sayı əvvələ nisbətən daha çoxdur. Şəxsi həyat məsələlərinə çox qarışmadan bu uğura şərait yaradan vacib 1-2 məqamını sizinlə də bölüşüm.

1) Təbii ki, təhsil ən önəmlidir – Əlbəttə bizim ətrafımızda olan insanlar çox gözəl başa düşürlər ki, qız övladı da eyni səviyyədə təhsil almalı və uğurlu karyera qurmağa can atmalıdır. Zatən bunu gözəl başa düşərək biz sosial mediada bir-birimizi izləyirik. Ancaq düşünürəm ki, fürsət olduqca bu məsələlərə laqeyd qalmamalıyıq. Xanımlar üçün sadəcə dərzi, kosmetoloq peşə kursları deyil, sahibkarlıq yönümlü kurslar da keçilməlidir. Xanıma sadəcə kluba pulsu giriş deyil, bəzi kurslara heç olmasa 5-10 % endirim olmalıdır.

2) Düşüncə tərzimizdə dəyişiklik – Məsələn, axşam saat 11-də metro və avtobusla evə gələn xanım çox zaman kefindən elə gec evə getmir. Çünki Mall-lar 10-da bağlananda, işçi də iş yerini 11-ə işləmiş tərk edir. Az olub hansısa qıza qarşı təcavüz edildi yazısının altında, ‘axşam 11-də küçədə nə edir’ yazıblar? Hamının işi rahat deyil. Bir tikə çörək üçün biz çox çətin və fərqli şəraitlərdə çalışırıq.

3) Daha etik olmaq – Belə bir düşüncə var ki, bəzi şirkətlərdə xanımlar qabağa gedir. Rəhbərlik şərait yaradır. Birincisi biznes mühitində qadın-kişi, ortayaşlı-cavan, ateist-dindar, Habibtərəfdarı-McQreqortərəfdarı tipli ayrıseçkiliklər aradan qalxmasa bu cür yalnış, bəlkə də doğru fikirlər çox müzakirə olunacaq. Məqsəd etik olmaqdır. Əgər hansısa vəzifəyə layiq X adamdırsa, o da olmalıdır. CV-nizdə mütləq və mütləq şəkil qoyun yazan elanları yıxıb sürümək lazımdır. İnsan resursları müzakirələri belə fundamental məsələlərdən başlayıb, sonra performansdan danışmalıdır.

Əlbəttə bu fikirlərin formalaşmasında güman ki, qız övladına sahib olmağım da az-çox rol oynayır. Və durub-durub nədən bu barədə yazdım? Yox, sadəcə düşüncə tərzimizi reallıqlara kökləməsək, informasiyaya çıxışı az olan xanımların təhsilinə önəm verməsək, xanımların liderliyinə vicdanla şərait yaratmasaq, qadınların uğuruna sevinməsək, ümumiyyətcə bir insan kimi bir-birimizə dəyər verməsək, yaxşı ideallar uğurunda çalışmasaq ədalətli mühit qura bilməyəcəyik.

Söhbət təbii ki, sadəcə xanımlardan getmir, həm də müxtəlif yerlərdə dominantlıq edən qrupların qrupdaxili azlıqlara, xüsusən də az təhsilli, aşağı gəlirli, fiziki məhdudiyyəti olan şəxslərə qarşı ədalətsiz, vicdansız mövqeyindən gedir..

8 günlük təcrübənin faydaları

Ötən yay məzuniyyətdə qərara gəlmişdim ki, 10 gün telefondan az istifadə edim. Amma bu dəfə daha fərqli yanaşdım. 1-8 sentyabr arası telefondan Facebook, Instagram və LinkedIn proqramlarını sildim. Brauzerdən belə bu saytları sildim. Tam 1 həftə ümumiyyətcə kompüterdən belə istifadə etmədim. Telefonun özünü də məhdudiyyətlə istifadə etdim. Gün ərzində 1-2 saat bəzi şəxsi və iş öhdəliklərinə görə e-mail və WhatsApp-dan istifadə edirdim. Bir də Youtube-da sevdiyim videolara baxır, nə isə maraqlıdırsa google-da axtarış edib baxırdım.

Bu kiminsə üçün adi gələ bilər 🙂 Mənasız bir addım ola bilər. Ancaq azdan-çoxdan sosial məsuliyyətli insan kimi işimlə və fəaliyyətlərimlə bağlı mən sosial mediadan gün ərzində 2 saata yaxın istifadə edirəm. Bəzən bir çoxunda olduğu kimi mən də tamamilə başqa nə üçünsə telefonu əlimə götürsəm də, baxıram ki, neçə dəqiqədir ki, Facebook-dayam.

Qısaca bunun faydaları nə oldu?

1) İndiki dövrdə insanların ən böyük problemlərindən biri fokus ola bilməməkdir. Sosial media insanı fokusdan uzaqlaşdırır. 1 filmə baxanda bəzən fikrin sosial mediada qala bilər. Görəsən nə cavab yazdı və s. Amma bu günlər fikrə dalıb rahatca Youtube 30-35 dəqiqəlik videolara baxırdım.

2) Sosial mediada insanı yersiz yükləyən çox məlumat var. Təki həmişə şad günlər olsun. Amma bəzən heç tanımadığın insanların şikayəti, aqressiyası, sənə birbaşa aid olmayan neqativ hadisələr beyində neqativ mühit formalaşdırır. Görmədikcə yada düşmür. Bu biganəlik deyil. Əksinə fikirləşməyə vaxt tapdıqca daha vacib insanlarla maraqlanırsan.

3) 2-3 gün sonra ümumiyyətcə yadından çıxır ki, sən hər gün sosial şəbəkələrdən istifadə edirsən. Time Management üçün çox yaxşı bir alətdir.

4) Bu müddət ərzində heç bir, konkret heç bir xəbər saytına girmədim. Sadəcə UEFA-nın saytında Kosova ilə oyunun nəticəsinə baxmışam 🙂 Bunu il ərzində tez-tez edir, hamıya tövsiyyə edirəm. Gündəm mövzuları elə gündəm mövzularıdır. Xəbər saytını 1 ay sonra açsan da gündəmi tez tuatacaqsan. Yəni heş zad itirmirsən. Əvəzində pozitiv enerjin özündə qalır. Ən əsası vaxtın özünə qalır.

5) 1 həftə ərzində demək olar ki, çox az insanın yadına düşdüm. Virtual dostlar artdıqca, yaxşı dostlar da virtuallaşdıqca, realda çox az yaxşı dost qalır.

Bir daha qeyd edim ki, mənim yaxınlarım, yoldaşlarım və dostlarımım arasında bir xeylisi sosial mediadan ümumiyyətcə az istifadə edir. Mənim nisbətən çox vaxt keçirməyim şəxsi və peşəkar fəaliyyətlərimlə bağlıdır. Bu da müəyyən sosial öhdəliklər yaradır. İstər-istəməz vaxtın gedir və bağlılıqların var.

Əlbəttə bu statusu çox az insan görür. Çünki sosial media platformalarına etinasızlıq göstərəndə bu şəbəkənin alqoritmləri səni arxa plana salır.

Nəyisə artıq 2 dəfə etmək artıq 3-cü və daha çoxunun mümkün olduğunu göstərir 🙂 Qabaqda isə ayın 10-dan tamamilə yeni planlar və fəaliyyətlər var. Sosial mediadan isə yenə də qarşıdakı həftələr ərzində çoxumuz üçün faydalı olacaq məzmunları paylaşmağa davam edəcəm.

Xoş gəldim! Fərqli gəldim 🙂

Alət çubuğuna keç